İstanbulda baş verən faciəvi hadisə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.
News365.az xəbər verir ki, narkotik maddələrin təsiri altında olduğu ehtimal edilən bir gənc körpüdən magistral yola tullanaraq həyatını itirib.
Hadisə anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə lentə alınıb. Kadrlarda gəncin körpü üzərində qeyri-sabit hərəkətlər etdiyi və qəfildən özünü yola atdığı görünür.
Hadisə ilə bağlı yayılan ilkin məlumatlara görə, gəncin halüsinasiya gördüyü və huşunu itirdiyi ehtimal edilir.
Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır. Gəncin şəxsiyyəti və narkotik maddə təsiri altında olub-olmaması ekspertiza nəticəsində müəyyənləşəcək.
Hadisə ilə bağlı araşdırma davam edir.