Nigar Rəhimova qazini polisə verdi - SƏBƏB

Nigar Rəhimova qazini polisə verdi - SƏBƏB
19 May 2025 20:24

Müğənni Nigar Rəhimova "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunması ilə bağlı məsələni ictimailəşdirən şəxsi hüquq-mühafizə orqanlarına şikayət edib.

News365.az xəbər verir ki, bu barədə Oxu.az-a Vətən müharibəsi qazisi Bəxtiyar Məmmədli özü məlumat verib.

Onun sözlərinə görə, Nigar Rəhimovanın adıçəkilən medalla təltif olunduğunu müğənninin İnstaqram hesabında gördükdən sonra bu barədə Tiktok səhifəsində paylaşım edib və bundan sonra məsələ ictimailəşib.

"Məsələ ictimailəşdikdən sonra Nigar Rəhimova həmin paylaşımlarını silib. Mənim və məndən götürülərək yayımlanan paylaşımların şərhlərində müğənnini təhqir edənlər olub. Amma insanların yazdığı fikirlərə mən qarışa bilmərəm axı. Nigar Rəhimova da məhz buna görə məni polisə verib", - deyə o bildirib.


Sizin reklam burada
Sizin reklam burada