Hakan Fidan Rusiyaya gedir

Hakan Fidan Rusiyaya gedir
15:24

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək. 

News365.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, Türkiyə XİN başçısının Rusiyaya işgüzar səfərinin mayın 25-27-də baş tutacaq.  Zaxarova Fidanın Rusiya XİN başçısı Sergey Lavrovla danışıqlarının planlaşdırıldığını söyləyib.

Qeyd edib ki, Lavrov və Fidan Suriya, Liviya və Cənubi Qafqaz daxil olmaqla regional problematika barədə fikir mübadiləsi aparacaqlar.


Sizin reklam burada
Sizin reklam burada