Sumqayıtda zavodda PARTLAYIŞ: 3 nəfər xəsarət alıb

Sumqayıtda zavodda PARTLAYIŞ: 3 nəfər xəsarət alıb
20 May 2025 13:14

Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.

 News365.az xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.


Sizin reklam burada
Sizin reklam burada