İndoneziyada taksi sürücləri kütləvi tətilə başlayıblar

İndoneziyada taksi sürücləri kütləvi tətilə başlayıblar
20 May 2025 15:35

Cakarta və İndoneziyanın digər böyük şəhərlərində taski sürücüləri aşağı maaşa etiraz olaraq küçələrə çıxıblar. 

News365.az "Jakarta Globe"yə istinadən xəbər verir ki, aksiyaya çatdırılma xidmətinin işçiləri  də qoşulublar.

Taksi sürücülərinin əksəriyyəti kampaniyanı dəstəkləyərək, pik saatlarda müştərilərə xidmət göstərməkdən imtina ediblər.

Etiraz aksiyası Cakartanın mərkəzində ciddi iğtişaşlara səbəb olub.

İndoneziya Nəqliyyat İşçiləri Həmkarlar İttifaqının sədri Lily Pujianti etirazın səbəbini şərh edərək bildirib ki, sürücülər gündə cəmi 3-6 dollar qazanır, platformalar isə gediş haqqının 70% -ni alır.

 "Taksi işçiləri daha ədalətli iş şəraiti və hüquqi müdafiənin bərpa olunacağına ümid edirlər", - Pujianti qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada