Ceyhun Bayramov Türkiyəyə GETDİ

Ceyhun Bayramov Türkiyəyə GETDİ
29 Yan 2025 09:28

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər üçün yola düşüb. 

Bu barədə News365.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. 

Səfərdə məqsəd Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etməkdir.   

Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksək səviyyəli ikitərəfli görüşləri planlaşdırılır.