Ceyhun Bayramov 20 Yanvar faciəsinin qurbanlarını yad etdi

Ceyhun Bayramov 20 Yanvar faciəsinin qurbanlarını yad etdi
09:43

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 20 Yanvar faciəsinin qurbanlarını yad edib.

News365.az xəbər verir ki, nazir faciənin 36-cı ildönümü ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

"20 Yanvar - Ümumxalq Hüzn Günü xalqımızın azadlıq iradəsinin, milli ləyaqətinin və dövlətçilik əzminin parlaq təzahürüdür. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm. Şəhidlərimizin xatirəsi qəlbimizdə daim yaşayacaq", - nazir qeyd edib.

 


Sizin reklam burada
Sizin reklam burada