Belə vəziyyətdə media cəmiyyətin rasionallığını qorumalıdır

Belə vəziyyətdə media cəmiyyətin rasionallığını qorumalıdır
09:45
İran PUA-sının Azərbaycan ərazisinə buraxılması çox ciddi insidentdir. Bu, əlbəttə, son dövrlər istiləşən iki ölkə münasibətlərinin ruhuna uyğun deyil. Birmənalı olaraq, İran İslam Respublikası bu insidentə görə bütün hüquqi məsuliyyəti daşıyır.Bu insidentə görə rəsmi Tehran yanlıq üzr istəməklə deyil, eyni zamanda kompensasiyada ödəməlidir. Bu məsələnin bir tərəfi!
Ancaq diger məqam ondan ibarətdir ki, bu kimi hadisələrdə dövlət və cəmiyyət emosiyalara qapılmamalı və addımlarını soyuqqanlı atmalıdır. Dövlətin reaksiyası hal-hazırda kifayət qədər soyuqqanlı, düşünülmüş və sistemli olduğu sezilir. Müvafiq qurumlar xəbər yayır, hadisəyə qiymət verir. Açıqlamalara baxırsan, bütün cümlələr dəfələrlə düşünülüb və sonra qeyd edilib.
Ancaq çox təəssüf ki, media yenə emosiyaya qapılıb və sağa-sola heç də sağlam olmayan fikirləri tirajlayır. Son hadisələrdə polis asayişi, təcili yardım sağlamlığı, ordu sərhədləri qoruyursa, media da efir məkanını, informasiya sektorunu qorumalıdır.
Media və informasiya resursları cəmiyyətin rasionallığını qorumaq əvəzinə, bu qorxuları və ajiotajı istismar edəndə problemi daha da dərinləşdirir. Qorxu və vahimə insan düşüncəsini tormozlayır, cəmiyyətin reaksiyalarını sadə bioloji instinktlərə və panikaya itələyir. Belə olan halda medianın yaratdığı bu panika mühiti reallıqdan daha qorxulu və təhlükəli bir alətə çevrilir.
Region çox həssas dövrdən keçir və bu dövrdə media maksimum öz məsuliyyətini anlamalı və diqqətli olmalıdır.
Aqil Məmmədov, politoloq

Sizin reklam burada
Sizin reklam burada