Almaniya milli futbol komandasının 2026-cı il FIFA Dünya Çempionatı 2026-nı boykot edə biləcəyi ilə bağlı məlumat gündəmə gəlib.
New365.az xəbər verir ki, Almaniya bu məsələni hələ ötən ildən müzakirə edir və hazırda turnirdən çəkilmə ehtimalı ciddi şəkildə qiymətləndirilir.
Bildirilir ki, əgər İspaniya milli futbol komandası də turnirdən imtina etsə, Almaniya da eyni addımı ata bilər.
Almaniyanın kansleri Fridrix Mers ABŞ-nin xarici siyasətini sərt tənqid edərək bildirib ki, ABŞ “qaydalara əsaslanan beynəlxalq nizamdan” uzaqlaşaraq “yalnız güc və maraqlara əsaslanan siyasətə” yönəlir.
Məlumata görə, Almaniya Futbol İttifaqında (DFB) bəzi rəsmilər də boykotu dəstəkləyir. Onların arasında vitse-prezident Oke Göttlich də var.
Rəsmilər bu addımı demokratik dəyərlərin müdafiəsi ilə əsaslandırır və ABŞ-nin immiqrasiya siyasəti ilə ticarət tarifləri ilə bağlı təhdidlərini səbəb kimi göstərirlər.