Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek Qırmızı Qəsəbədəki Dağ Yəhudiləri Muzeyində olub.
Bu barədə muzeyin direktoru İqor Şaulov
“Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri hörmətli Milan Sedlaçek Dağ Yəhudiləri Muzeyinin qonağı oldu. Səfər çərçivəsində dəyərli diplomata muzeyin tarixi və fəaliyyəti, yerli icmanın həyat tərzi haqqında ətraflı məlumat verdim, muzeyda qorunan nadir eksponatlarla tanış etdim”, – direktor işgüzar platformada qeyd edib.
Xatırladaq ki, Dağ Yəhudiləri Muzeyi 2020-ci ildə açılıb. Qarçaği sinaqoqunda yaradılmış bu muzeydə Qafqazın müxtəlif yerlərindən gətirilmiş milli geyimlər, zərgərlik, ayin qabları, əlyazmalar, kitablar, XIX əsr antik əşyalar, dağ icmasının irsi və ənənələri qorunub saxlanılır.