"Çin, Rusiya və digər dövlətlər dəhlizin açılmasını istəyir, bu dəhliz açılacaq"- Arzu Nağıyev

"Çin, Rusiya və digər dövlətlər dəhlizin açılmasını istəyir, bu dəhliz açılacaq"- Arzu Nağıyev
16:33

"Ermənistan rəhbərliyi və başqaları nə qədər bu cür bəyanatlar versələr də, bilirlər ki, Zəngəzur Dəhlizi təkcə Ermənistanın və ya Azərbaycanın qərarı ilə açılacaq məsələ deyil."

Milli Məclisin deputatı Arzu Nağıyev bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Azərbaycan, təbii ki, öz sözünü deyir və bildirir ki, Zəngəzur Dəhlizi açılmalıdır. Çünki Qarabağ hadisələri başlayanda da çalışdıqları əsas məqsəd o idi ki, Türk Dövlətləri arasında quru sərhəd qalmasın. Lakin bu gün 44 günlük müharibədən sonra qarşıya qoyduğumuz əsas məqsədlərdən biri də bu quru sərhədin mütləq şəkildə açılmasıdır.

Çünki buradan Naxçıvana getmək üçün hansısa üçüncü dövlətin – daha doğrusu, İranın ərazisindən keçmək qeyri-mümkündür. Və yaxud gedib böyük bir marşrutla Türkiyədən Naxçıvana qayıtmaq absurddur. Buna görə də Ermənistan nə qədər bu cür çıxışlar etsə də, bilir ki, böyük qlobal güclər var. İstər Çin, istər Rusiya, istərsə də digər dövlətlər Zəngəzur Dəhlizinin açılmasına müsbət yanaşırlar və bu dəhliz açılacaq.

Orada bəzi dövlətlər, Ermənistanın havadarları bu məsələnin həll olunmaması üçün çalışsalar da, bu məsələ öz həllini tapacaq. Bir daha qeyd edirəm: Çinin əsas məqsədi və niyyəti iqtisadi baxımdan “Bir kəmər – bir yol” marşrutunun qəbul olunması və dəstəklənməsidir. Bu proses tək Ermənistanın razılığı ilə getməyəcək – Ermənistan razı olsun-olmasın, bu proseslər dayandırılmayacaq."


Sizin reklam burada
Sizin reklam burada