"Ai-nin Azərbaycana minatəmizləmə dəstəyi davam edəcək" -Kallas

"Ai-nin Azərbaycana minatəmizləmə dəstəyi davam edəcək" -Kallas
13:50

Avropa İttifaqı Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərir və bu dəstək davam edəcək.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

O, daha sonra Prezident İlham Əliyevlə görüşündən söz açaraq vurğulayıb ki, yeni əməkdaşlıq sahələri üzrə əlaqələrin genişləndirilməsi müzakirə olunub.


Sizin reklam burada
Sizin reklam burada