Bir neçə gün əvvəl baş verən insident zamanı xəsarət alan və daha sonra Bakıda xəstəxanaya yerləşdirilən Gəncə məktəblisinin son vəziyyəti məlum olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, aprelin 22-də 2009-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Boyunun, döş qəfəsinin, budun açıq yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün aprelin 23-də paytaxtakı tibb müəssisəsinə hospitalizasiya olunub.