Yeni tibb kollecləri açıla bilər

Yeni tibb kollecləri açıla bilər
13:49

“Yaxın vaxtlarda bölgələrdə tibb sahəsi üzrə kolleclərin açılması üçün təhlillər aparılacaq”.

Bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Bununla bağlı səhiyyə naziri Teymur Musayev tapşırıq verib. Nazirin tapşırığı ilə bu yaxınlarda tibb kolleclərinin digər bölgələrdə açılması üçün təhlil və monitorinqlər aparılacaq, bundan sonra harada ehtiyac varsa, mümkün olsa, kolleclər açıla bilər”, - deyə nazirlik rəsmisi bildirib.


Sizin reklam burada
Sizin reklam burada