Yəməndə silahlı toqquşmalar nəticəsində 45 hərbçi ölüb

Yəməndə silahlı toqquşmalar nəticəsində 45 hərbçi ölüb
19:40

Yəmən ordusunun 45 əsgəri "Ənsar Allah" (husilər) hərəkatının Marib və Hadramaut əyalətlərində hücumları nəticəsində həlak olub.

News365.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, üsyançılar ölkənin şimal-şərqində beynəlxalq səviyyədə tanınan hökumətin əsas dayaq nöqtəsi sayılan Marib əyalətində və şərqdəki Hadramaut vilayətində yerləşən iki hərbi düşərgəyə hücum təşkil ediblər.

Basqınların dəqiq hansı tarixdə həyata keçirildiyi barədə məlumat verilmir.


Sizin reklam burada
Sizin reklam burada