Cəlilabadda müəllimlər dərsə görə bir-birini YUMRUQLADI

Cəlilabadda müəllimlər dərsə görə bir-birini YUMRUQLADI
15:40

Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa olublar.

News365.az xəbər verir ki, hadisə Cəlilabadın Ləkin kənd orta məktəbində baş verib.

Məktəbin çağırışaqədər hazırlıq müəllimi Telman Mirzəyevlə ibtidai sinif müəllimi Əfsun Məcidov arasında dərslə bağlı yaranan mübahisə davaya çevrilib, onlar bir-birlərinə yumruq zərbələri endiriblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Faktla bağlı araşdırma aparılır. 


Sizin reklam burada
Sizin reklam burada