"Bunu maşınıma kim qoyub tapa bilmədim"

"Bunu maşınıma kim qoyub tapa bilmədim"
23 Mar 2025 11:35

Meyxanaçı Namiq Qaraçuxurlu başına gələn maraqlı hadisəni sosial media hesabında paylaşıb.

Meyxanaçı maşının üstünə ondan xəbərsiz qoyulan bayram payını izləyiciləri ilə bölüşüb:

"Şüşə ilə şüşətəmizləyənin arasına şirniyyat qoyublar. Salondan çıxırdım. Oraya, hər yerə zəng vurdum, amma tapa bilmədim kim edib. Yəqin ki, tanımadığım şəxslərdir. Təşəkkür edirəm, çox xoş oldu. Ola bilər tanıdığım biridir, amma tanımadığım biridirsə, lap xoşdur. Keçəndə yəqin maşınımı tanıyıb. Belə şeylər adətən olmur. Adətən qoparıb aparırlar. Kimsə mənim üçün bayrampayı qoyub. Çox sağolsun".


Sizin reklam burada
Sizin reklam burada