Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq - FƏRMAN

Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq - FƏRMAN
14:06

Prezident fərmanı ilə “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər” siyahısında dəyişiklik edilib

News365.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Yeni fərmana əsasən, siyahının 18-ci hissəsi ləğv olunub.

Eyni zamanda, 19-1-ci hissə yeni redaksiyada təqdim edilib. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi üzrə aşağıdakı şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq:

  • Nazirliyin müstəqil şöbələrinin müdirləri;

  • Nazirliyin tabeliyindəki “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru və onun müavinləri;

  • Nazirliyin strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” MMC-nin baş direktoru.

Qeyd edək ki, bu dəyişikliklər 2019-cu ildən qüvvədə olan əsas sənədə edilən növbəti əlavələrdəndir və aidiyyəti üzrə hüquqi və inzibati təminatlara təsir göstərir.


Sizin reklam burada
Sizin reklam burada