Bişkekdə zəlzələ baş verib

Bişkekdə zəlzələ baş verib
12 Sen 2025 12:31

Qırğızıstanın paytaxtı Bişkekdə 4,3 bal gücündə zəlzələ baş verib.

News365.az xəbər verir ki, məlumat TASS tərəfindən yayımlanıb.

Yeraltı təkanların bütün şəhər ərazisində hiss olunduğu bildirilir. Şahidlərin sözlərinə görə, zəlzələ təxminən 2-3 dəqiqə davam edib.

Hazırda paytaxtda vəziyyət sabitdir. Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada