“Polşaya dron hücumları ciddi eskalasiya riski yaradır” - Sultan Zahidov

“Polşaya dron hücumları ciddi eskalasiya riski yaradır” - Sultan Zahidov
14:16

“Polşaya dron hücumları ciddi eskalasiya riski yaradır”.

News365.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, bu gecə baş verən dron hücumları Avropa məkanında son illərin ən ciddi təhlükə hadisələrindən biridir:

“Hətta Estoniya baş naziri Kaya Kallas bu hadisəni Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Avropada ən ciddi pozuntu kimi qiymətləndirib. Burada söhbət tək bir drondan yox, onlarla dronun Polşa hava məkanına daxil olmasından gedir. Bəzi dronlar Varsava yaxınlığında zərər vurub, qırıntılar isə mülk və evlərə təsir edib”.

Politoloq vurğulayıb ki, bu vəziyyət NATO üçün də ciddi əhəmiyyət kəsb edir:

“Polşa baş naziri hücumdan dərhal sonra Təhlükəsizlik Şurasını topladı və parlamentə müraciət etdi. NATO-nun 4-cü maddəsi işə salındı – bu, alyans üzvlərinin birgə hərbi tədbirlərə hazırlığını göstərir. 5-ci maddənin işə düşüb-düşməyəcəyi isə sonrakı qərarlardan asılıdır. Hücum zamanı Polşanın hava müdafiə sistemləri və NATO qüvvələri, o cümlədən Hollandiyaya məxsus F-35-lər iştirak edib. Bu, eskalasiyanın qarşısını almağa yönəlmiş cavabdır. Çünki Polşaya hücum NATO-ya hücum demək olardı”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada