“2025-2026-cı tədris ili: Yeniliklər və hədəflər” adlı tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev fənlərin beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
News365.az xəbər verir ki, nazirin sözlərinə görə, ədəbiyyat və tarix milli fənlər sayıla bilər, lakin fizika və riyaziyyat kimi elmlərin universallığı onlara “milli” anlayışını tətbiq etməyə imkan vermir:
“Bizim məqsədimiz qiymətləndirmə və sualları beynəlxalq səviyyəyə uyğunlaşdırmaqdır. Gələcək islahatlarda bütün məsələlər arasında ən vacib istiqamətləri seçəcəyik. Fizika və riyaziyyat fənlərindən verilən suallar isə qlobal standartlara cavab verməlidir”.
News365.az