Şokoladların içərisində qızıl keçirmək istədilər - FOTOLAR

Şokoladların içərisində qızıl keçirmək istədilər - FOTOLAR
12:42

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokoladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

News365.az xəbər verir ki, Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.

Yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokoladın içərisindən qırıntı şəklində hopdurulmuş ümumilikdə 240 qram qızıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Sizin reklam burada
Sizin reklam burada