Binə qəsəbəsində 326 nömrəli məktəbin yolu bərbad vəziyyətdədir - VİDEO

Binə qəsəbəsində 326 nömrəli məktəbin yolu bərbad vəziyyətdədir - VİDEO
10:02

Binə qəsəbəsində 326 nömrəli məktəbin yolu bərbad vəziyyətdədir.

News365.az xəbər verir ki, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 326 nömrəli məktəbin yolları yararsız vəziyyətdədir. Yeni dərs ilinin başlanmasına az günlər qalsa da, məktəbə gedən yolun acınacaqlı durumu həm valideynləri, həm də sakinləri narahat edir.

Məktəb yolu şagirdlərin vaxtında və təhlükəsiz şəkildə təhsil müəssisəsinə çatmasına imkan vermir. Valideynlər bildirirlər ki, bu vəziyyət övladlarının təhsildən geri qalmasına səbəb ola bilər.

Dövlət qurumları və Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq, hazırkı şəraitdə məktəb avtobuslarının həmin yoldan istifadəsinə icazə verilməyəcəyini açıqlayıb.

Sakinlər məsul qurumlardan yol probleminin qısa müddətdə həllini tələb edirlər. 

Əməkdaşımız Pərviz İsmayılovun lentə aldığı görüntüləri təqdim edirik:



Sizin reklam burada
Sizin reklam burada