"Bu ad Azərbaycanda o qədər məşhurlaşıb ki..." - Paşinyan

"Bu ad Azərbaycanda o qədər məşhurlaşıb ki..." - Paşinyan
10 Sen 2025 20:07

“Obyektiv reallıq da var, subyektiv təsəvvürlər də. Obyektiv reallıq ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Vaşinqtonda bir daha bir-birinin ərazi bütövlüyünü, suverenliyini, yurisdiksiyasını və sərhədlərinin toxunulmazlığını tanıyıb”.


News365.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumət saatı zamanı deyib.


Paşinyan Amerika lideri Donald Trampın təşəbbüsü ilə irəli sürülən TRIPP marşrutunun ikitərəfli müzakirə mövzusu olduğunu da bildirib.


“İstisna etmirəm ki, obyektiv və subyektiv amillərə əsaslanan bu ad (“Zəngəzur dəhlizi”) Azərbaycanda o qədər məşhurlaşıb ki, orada istənilən, o cümlədən “Tramp marşrutu” ilə sinxronlaşdırılmalı olan infrastruktur məhz belə adlandırılıb”, - Paşinyan əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada