Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ölkədə ət qiymətlərinin yüksək olduğunu bildirib.
Onun sözlərinə görə, qiymət artımına əsas səbəblərdən biri heyvandarlıqla məşğul olanların məhsullarını bazara çıxarmaqda çətinlik çəkməsidir.
Deputat qeyd edib ki, bu problemin həlli üçün bələdiyyələr daha fəal rol oynamalıdır:
“Əgər vətəndaşlar öz məhsullarını birbaşa bazara çıxara bilmirlərsə, bələdiyyələr həmin imkanları yaratmalıdır. Hər bələdiyyə öz ərazisində qanunvericiliyə uyğun şəkildə xüsusi ət köşkləri təşkil edə bilər. Bu halda həm məhsullar daha rahat satılar, həm də qiymətlərin stabilləşməsinə şərait yaranar”.
News365.az