“Rusiya Polşanı NATO çərçivəsində sınaqdan keçirir”.
News365.az-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib ki, son günlər Polşa hava məkanına daxil olan dronlar Rusiyanın güc nümayişinin bir hissəsidir:
“Bu, sadəcə nüfuz nümayişi deyil, artıq qırmızı xətləri sınaqdan keçirməkdir. 19 dronun Polşaya göndərilməsi təsadüfi deyil və bu, Moskvanın NATO üzvü olan Polşanı sınaqdan keçirməsi deməkdir. Burada həmçinin Belarus sərhədi də rol oynayır”.
Politoloq vurğulayıb ki, Rusiya üçün alyansın reaksiyası çox vacibdir:
“Rusiya başa düşür ki, adekvat diplomatik və hərbi reaksiyanın olmaması müəyyən nəticələrə yol aça bilər. Hərbi-siyasi dairələr bunu diqqətlə hesablayır və addımlarını buna uyğun planlaşdırırlar”.
News365.az