Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Azərbaycan və Ermənistandan “3+3” regional əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin görüşünün vaxtı və məkanı ilə bağlı praktiki addımlar atmasını gözləyir.
News365.az xəbər verir ki, Zaxarova bu barədə bu gün keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, “3+3” formatı təkcə Azərbaycan və Ermənistan arasında nizamlanma məsələlərinin deyil, eyni zamanda Cənubi Qafqazda gündəmdə olan digər regional problemlərin müzakirəsi üçün də əlverişli platforma hesab olunur.
Zaxarova vurğulayıb ki, Moskva yaxın vaxtlarda bu istiqamətdə razılaşdırılmış qərarların verilməsini ümidlə gözləyir.
News365.az