AK Partiya sədrinin müavini Naxçıvana gedir

AK Partiya sədrinin müavini Naxçıvana gedir
12:23

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana gedir.

News365.az xəbər verir ki, bu barədə o özünün “X” hesabında yazıb.

“Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız, Türk Dünyasının strateji mərkəzlərindən biri olan “Türk Qapısı” adlandırdığımız Naxçıvan olacaq.

Gələcəkdə Azərbaycan-Türkiyə qardaşlığının bölgədə yaradacağı sülh və rifah mühiti Naxçıvan xəttindən yüksələcək”, - o bildirib.

Onun Naxçıvana yerli vaxtla 15:40-da çatması planlaşdırılır. Daha sonra bir sıra görüşlər baş tutacaq. Kürşad Zorlu növbəti gün İğdıra ziyarət edəcək.


Sizin reklam burada
Sizin reklam burada