“Rusiyanın indiki mərhələdə ikinci cəbhə açmaq niyyəti varsa, bu, faktiki olaraq öz ayağına güllə vurmaq deməkdir. Çünki müharibə aparmaq üçün əlavə maliyyə, canlı qüvvə və texnika lazımdır. Hazırkı şəraitdə isə Moskva buna imkan tapmaqda çətinlik çəkir”.
News365.az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın NATO üzvü olan Polşaya və ya digər alyans ölkələrinə hücumu inandırıcı görünmür:
“Belə bir addım atılarsa, bu, NATO Nizamnaməsinin 5-ci maddəsinin işə düşməsi riskini yaradar. Bu isə Rusiyanın vəziyyətini daha da ağırlaşdırar”.
Politoloq qeyd edib ki, son günlər Polşa hava məkanına çoxsaylı dronların daxil olması ciddi narahatlıq doğurur:
“Burada söhbət bir-iki drondan yox, 20-yə yaxın drondan gedir. Rusiya tərəfi hələ də faktı inkar etsə də, baş verənlər göz qabağındadır. NATO ölkələri dərhal 5-ci maddəni işə salsalar belə, bu ehtimal zəifdir. Amma alyansın bütün üzvləri Rusiyanın sərhəd bölgələrində yaratdığı təhdidlərə qarşı birgə mövqe sərgiləməlidir”.
News365.az