“Ermənistanın Rusiyadan asılılığı hələ də davam edir”
News365.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib ki, Ermənistanın Rusiyadan asılılığı həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə real olaraq qalmaqdadır.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin son açıqlamaları bu reallığı dəyişmir:
“30 ilə yaxın müddətdə Azərbaycanın əraziləri işğal altında saxlanıldığı zaman Ermənistan bütün istiqamətlərdə Rusiyadan dəstək alıb. Bu illər ərzində Ermənistan siyasətdə, iqtisadiyyatda, nəqliyyat-kommunikasiya xətlərində və şirkətlərin fəaliyyətində Moskvanın təsirindən kənarda qala bilməyib. Hətta hərbi baxımdan da Rusiya hələ də Ermənistan üçün əsas dayaqlardan biridir”.
Politoloq xatırladıb ki, hazırda Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur:
“Rusiya və Ermənistan Xarici İşlər Nazirlikləri açıq şəkildə bəyan ediblər ki, Gümrüdə yerləşən hərbi bazanın çıxarılması gündəmdə deyil. Bəli, bəzi erməni siyasətçilərinin fərqli açıqlamaları olub, amma rəsmi səviyyədə bu məsələ müzakirəyə çıxarılmayıb”.
News365.az-