"Bu kif göbələklərinin bütün otaqda yayılmasına səbəb olur"- Mütəxəssisdən xəbərdarlıq

"Bu kif göbələklərinin bütün otaqda yayılmasına səbəb olur"- Mütəxəssisdən xəbərdarlıq
03 Dek 2024 17:49

Qışda əsasəndə yağışlı havalarda yuyulmuş palyatları qurutmaq çətin məsələdir. Buna görə də çox vaxt  geyimləri radiatorlarda qurudurlar.

News365.az xəbər verir ki, mütəxəssislər bununla bağlı ciddi xəbərdarlıq ediblər:  

"Qızdırıcıda paltarların qurudulması kif göbələklərinin bütün otaqda yayılmasına səbəb olur. Tənəffüs yolu ilə bədənimizə daxil olan bu kif göbələkləri xəstəliklərə gətirib çıxarır.   

Kif göbələklərinin çoxalması və yayılması hər kəsə, xüsusən də uşaqlarla yaşlılara pis təsir edə bilər. Zəif immuniteti olan insanlarda ciddi nəticələrə səbəb ola bilər. Allergik reaksiyalar, tənəffüs problemləri və ağciyər pozğunluqlarına səbəb olan bu vəziyyətdən çəkinmək lazımdır. 

Bundan əlavə, davamlı olaraq ayrılan nəmlik evin divarlarına da zərər verir. Boyanın soyulmasına, divarların və taxta səthlərin çürüməsinə də səbəb olan bu problemdən xilas olmaq üçün evdə paltar qurutmamağa üstünlük vermək lazımdır.   

Qış aylarında paltarların yuyulması üçün ən uyğun mühit yaxşı havalandırılan və çox istifadə edilməyən otaqlar hesab edilir."

News365.az


Youtube kanalımız