2000 il əvvələ aid gəmidə mərmərdən hamam-tualet və isitmə sistemi olub.
News365.az xəbər verir ki, sözügedən iki gəmi eramızın 1-ci əsrində Roma İmperatoru Kaligulanın dövründə inşa edilib. Nemi gölü ərazisindəki bu gəmilərin fotosu çox köhnədir... Çünki II Dünya Müharibəsində baş verən yanğınla məhv olubdur. (Gəmiləri 1929-cu ildə göldən çıxarılmışdı.)
Nemi gəmiləri çox qəribədir. İçərisində isitmə sistemi, mərmərdən vanna otağı və sanitar qovşaqları olub. Hər iki gəmidə qurğuşun borularla axan isti və soyuq su olub. Çox böyük gəmilərdir.
Gəmilərdən birinin uzunluğu 73 metr, eni 24 metrdir. Digər gəminin uzunluğu 70 metr, eni 20 metrdir. Üzərlərində binalar, uzun koridorlar, böyük pilləkənlər olub.
2000 il əvvələ görə bu texnologiyalar inanılmaz görünür.
Youtube kanalımız