Bu il Azərbaycan-Britaniya ticarətinin həcmi 888 milyon funt-sterlinq olub

Bu il Azərbaycan-Britaniya ticarətinin həcmi 888 milyon funt-sterlinq olub
19:00

Son 12 ayda Azərbaycan və Böyük Britaniya arasında ticarətin həcmi 888 milyon funt-sterlinq təşkil edib.

News365.az Böyük Britaniya parlamentinin saytına istinadən xəbər verir ki, bunu Britaniya Parlamentinin Aşağı Palatasının üzvü və Britaniya-Azərbaycan dostluq üzrə parlamentlərarası qrupun rəhbəri Bob Blakmen bildirib.

O qeyd edib ki, iki ölkə arasında ticarətin həcminin daha da artırılması nəzərdə tutulub:

"Mən şadam ki, Azərbaycan üzrə bütün partiyaları əhatə edən parlament qrupununda islahat aparmışıq və ticarətimizin artırılmasını planlaşdırırıq. Hansı ki, son 12 ay ərzində 888 milyon funt sterlinq təşkil edib".


Sizin reklam burada
Sizin reklam burada