Blogerin müayinəyə getdiyi xəstəxanada VƏFAT ETDİYİ iddia olunur

Blogerin müayinəyə getdiyi xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
16:21

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfat etdiyi iddia olunur.

News365.az xəbər verir ki, sosial mediada edilən paylaşımlarda Tünzalə Sultanovanın boğaz nahiyəsində zob aşkar edildiyi və bundan sonra tibbi müayinələr zamanı onun bədxassəli şiş olduğu müəyyən olunub.

Ötən gün onun əməliyyat edildiyi və vəziyyəti ağırlaşaraq komaya düşdüyü qeyd edilib.

Lakin bu gün sosial şəbəkə edilən paylaşımlarda onun "EGE Hospital"da vəfat etdiyi iddia olunub.

Məlumatı dəqiqləşdirmək üçün klinikanın nömrələri ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.


Sizin reklam burada
Sizin reklam burada