Bayram
yaxınlaşdıqca qiymətlər artır. Əslində qiymət artımı üçün səbəb də yoxdur. Sadəcə
bayram ərəfəsində qiymət artımı bizdə dəb halını alıb. Ən pisi də odur ki, qiymət
artımı daha çox psixoloji amillə bağlı olur. Məsələn, elektrik və hibrid
avtomobillərin idxalına tətbiq edilən vergi güzəştləri 2026-cı ilin 1
yanvarından ləğv olunacaq. Lakin bu qərar dövriyyəyə buraxılandan həmən sonra
qeyd edilən, xüsusən də Çindən gətirilən avtomobillərin qiymətində 10-15 faiz bahalaşma
oldu.
Ekspertlərin
fikrinə görə ilin sonuna qədər bu qiymət artımı 25-30 faizə qədər artacaq.
Maraqlıdır
ki, vergi güzəştləri qüvvədə olduğu bir zamanda bu qədər qiymət artımı necə baş
verə bilir?
Məsələyə
münasibət bildirən Millət vəkili Fazil Mustafa News365.az-a bildirib ki,
avtomobillərdə süni qiymət artımı böyük problemlər yaradır:
“Əslində
hökümət vergi güzəştlərini etməklə “yaşıl iqtisadiyyat”a keçidi sürətləndimək
istəyirdi. Amma tənzimləmələrdəki müəyyən məsələlər bəzi problemləri ortaya
çıxardı. Nəticədə gətirilən yeni avtomobillərin çox hissəsi Bakıda toplandı. Bu
da tıxacların böyüməsinə səbəb oldu. Belə məsələlərdə doğru tənzimləmədən çox
şey asılıdır. Biz hələ ki, problemin tam və doğru şəkildə tənzimlənməsinin
yolunu tapa bilməmişik. Hesab edirəm ki, bu məsələ elə tənzimlənməlidir ki, həm
paytaxta süni şəkildə yaradılan tıxacların qarşısı alınsın, həm də qiymətlər
insanlar üçün əlçatan olsun. Hər bir qiymət artımının iqtisadi əsası olmalıdır.
Bu günki qiymət artımında isə biz bunu görmürük”.
News365.az