İran hökuməti İsrailə casusluqda ittiham olunan Ağil Keşavərzini edam edib.
News365.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, Keşavərz İsrailin kəşfiyyat qurumları ilə əlaqə yaradaraq hərbi və təhlükəsizlik obyektlərini müşahidə edib.
Bildirilib ki, o, MOSSAD və İsrail ordusuna xüsusi kanallar vasitəsilə məlumat ötürüb.