İran müharibədən sonra ordudakı boşluqları doldurur

İran müharibədən sonra ordudakı boşluqları doldurur
19:40

İran İsraillə 12 günlük müharibədən sonra ordusunda yaranan bütün çatışmazlıqları aradan qaldırır.

News365.az İran mətbuatına istinadən xəbər verir ki, bunu İslam Respublikası Ordusunun briqada generalı Əlirza Şeyx deyib.

Onun sözlərinə görə, güc balansını müvəqqəti dəyişdirən texnoloji boşluqların aradan qaldırılması müharibənin üçüncü günündən İran Ordusu üçün prioritet məsələyə çevrilib. Bildirilib ki, o vaxtdan əhəmiyyətli irəliləyiş əldə edilib, nəticədə dörd qoşun növünün bütün sistemlərinin, silahlarının, texnikasının və şəxsi heyətinin kompleks istifadəsinə əsaslanan etibarlı çəkindirici amil yaradılıb.


Sizin reklam burada
Sizin reklam burada