Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu

Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu
14:34

Bakıda 1985-ci il təvəllüdlü “Socar Petrol”un mühafizəçisi Mahir Məmmədov (soyad şərtidir) “Maksim” taksi xidmətinin sürücüsü Namiq Mürsəlovu döyüb.

News365.az xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.

Belə ki, Mahir dayısı Sabir Gülməmmədovla birgə Xırdalandan Türkan qəsəbəsinə getmək üçün taksi sifariş edib. Ünvana çatanda isə müştərilər 15 manat olan gediş haqqını ödəməkdən boyun qaçırıb.

Sürücüyə “iki dəqiqəyə gəlirik” deyən müştərilərin gəlmədiyini görən Namiq Mürsəlov onları uca səslə çağırmağa başlayıb. Bu zaman çölə əvvəlcə dayı, daha sonra isə bacıoğlu çıxıb. Dayısının taksi sürücüsü ilə mübahisə etdiyini görən Mahir Məmmədov Namiq Mürsəlova bel nahiyəsindən zərbə endirib.

Bundan sonra sürücü DİN-in102 xidmətinə zəng edib. Mahir Məmmədov məhkəmə qərarı ilə 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Sizin reklam burada
Sizin reklam burada