Afrikada Rusiya media orqanlarının ofisləri açılıb

Afrikada Rusiya media orqanlarının ofisləri açılıb
16:40

"Afrikada yeni Rusiya media bürolarının və Rusiyada Afrika media qurumlarının açılması Rusiyanın Afrika ölkələri ilə münasibətlərində müsbət gündəmin inkişafına töhfə verir". 

News365.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya-Afrika Tərəfdaşlıq Forumunun nazirlər konfransının plenar iclasında bildirib.

Nazir qeyd edib ki, sözügedən ölkələrdə baş verən hadisələrin mediada obyektiv işıqlandırılması, rusiyalı və afrikalı jurnalistlər arasında əlaqələrin möhkəmləndirilməsi, Afrika ölkələrində yeni Rusiya media ofislərinin və Rusiyada Afrika media qurumlarının açılması və birgə təhsil proqramlarının həyata keçirilməsi Rusiya-Afrika əməkdaşlığının müsbət gündəliyinin formalaşmasına əhəmiyyətli töhfə verir.


Sizin reklam burada
Sizin reklam burada