Qiymətləri süni şəkildə artıranları hansı cəza gözləyir? - AÇIQLAMA

Qiymətləri süni şəkildə artıranları hansı cəza gözləyir? - AÇIQLAMA
13:01

Yeni il yaxınlaşdıqca qiymətlər qalxır. Heç bir iqtisadi əsas olmadan satıcılar malların qiymətini qaldırırlar. Bu da haqlı narazılıq yaradır.

Ən pisi də odur ki, bayram ərəfəsində qalxan bəzi qiymətlər sonradan bir daha enmir.

Süni qiymət artımına qarşı mübarizə üçünsə qanunvericiliyimizdə heç bir cəza tədbiri nəzərdə tutulmur.

Qanunvericilikdəki bu boşluq ciddi narahatlıq doğurur.

Məsələ ilə bağlı News365.az-a danışan hüquqşünas Rövşən Mustafayev deyri ki, hər bayram ərəfəsində bazarlarda və marketlərdə süni qiymət artımını müşahidə edirik:

“Əsassız səbəblərdən qaldırılan qiymətlər təbii ki, istehlakçılar tərəfindən narazılıqla qarşılanır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə Azərbaycan Respublikası ərazisində müəyyən kateqoriya mallar var ki, dövlət tərəfindən müəyyən olunur və tənzimlənir. Bunlar yanacaq məhsullarıdır, kommunal xidmət kimi vətəndaşlara satılan qaz, su, elektrik enerjisi və digərləridir. Adını çəkdiyimiz məhsulların qiymətini dövlət müəyyən edir. Nəzərə alaq ki, Azərbaycan bazar iqtisadiyyatını dəstəkləyir. Və bazar iqtisadiyyatının tələblərinə görə vətəndaş aldığı məhsulun satış qiymətini müəyyən etməkdə sərbəstdir. Bu səbəbdən də süni qiymət artımına yol verən şəxslərə qarşı qanunvericilikdə hər hansı bir cəza tədbiri nəzərdə tutulmayıb, təəssüflər olsun ki... Yəni şəxs deyək ki, bir manata aldığı malı maya dəyərindən 4-5 və hətta 10 dəfə baha sata bilər. Buna görə qanunvericilikdə həmin şəxsə qarşı hansısa cərimənin və digər hüquqi hərəkətlərin tətbiq edilməsi nəzərdə tutulmur”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada