ABŞ Milli
Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi əyan edib
ki, 28-29 mart tarixlərində geomaqnit aktivliyi müşahidə olunacaq.
Geomaqnit
qasırğaları güc səviyyəsinə görə təsnif edilir - K-indeksi - 2-dən 9-a qədər.
K-indeksi nə qədər yüksək olsa, fırtına və onun nəticələri və insanlara və
avadanlıqlara təsiri bir o qədər güclü olar.
Son bir neçə
gündür davam edən maqnit qasırğası nəhayət ki, səngiməyə başlayacaq. Lakin
qasırğa 28 mart cümə günü və 29 mart şənbə günü qüvvədə qalacaq. Beləki
K-indeksi 4 (sarı səviyyə) olan güclü maqnit pozuntuları qalacaq. Qeyd etmək
lazımdır ki, günəş aktivliyi tədqiqatçıları öz məlumatlarını hər üç saatdan bir
yenilədikləri üçün proqnoz hələ də dəyişə bilər.
Məsələ ilə
bağlı News365.az-a danışan həkim Rasif Bağırov bu
gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab
edir:
“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları
müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir
göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan,
bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava
hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər.
Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən
insanlar bir qədər diqqətli olmalıdırlar”.
News365.az