Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı
11:05

Arxeoloqlar ABŞ-ın Montana ştatındakı Bertut (Beartooth) dağlarında, dəniz səviyyəsindən təxminən 2700 metr hündürlükdə qədim daş alətlər aşkarlayıblar.

Tapıntıların təxminən 13 min il əvvəl Şimali Amerikada yaşamış "Klovis" (Clovis) mədəniyyətinin nümayəndələrinə aid olduğu ehtimal edilir.
 

Əvvəllər alimlər həmin dövrdə bu yüksəkliklərin buzlaqlarla örtülü olduğunu və yaşayış üçün yararsız sayıldığını düşünürdülər. Yeni tapıntılar regionun iqlimi və məskunlaşma tarixi haqqında təsəvvürləri dəyişir.


Böyük hündürlükdə yerləşən zəngin alətlər kolleksiyası 2022-ci ildə baş verən güclü sel və eroziya nəticəsində torpaq qatlarının açılması ilə üzə çıxıb.

Qədim ovçuların bu yüksək dağlıq ərazilərdən mamont və bizon ovlamaq üçün istifadə etdiyi ehtimal olunur.


Sizin reklam burada
Sizin reklam burada