Bu dönərxanaların fəaliyyəti dayandırıldı - FOTOLAR

Bu dönərxanaların fəaliyyəti dayandırıldı - FOTOLAR
23 May 2025 19:55

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhəri, Şərur və Kəngərli rayonlarında fəaliyyət göstərən 48 dönərxanada dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Agentlikdən bildirilib ki, aparılmış nəzarət tədbirləri zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Belə ki, dönərxanalardan bəzilərinin qeydiyyatının olmadığı, işçilərin ilkin və dövri tibbi müayinələrə cəlb olunmadığı, gigiyenik qaydalara əməl edilmədiyi, temperatur rejiminə, mal qonşuluğu prinsipinə riayət olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı müəyyənləşib. Şübhəli məhsullar hesab edilən bişmiş dönər, mayonez və digər souslardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Nöqsanların daha çox müşahidə olunduğu Naxçıvan şəhəri Ə.Əliyev küçəsində fəaliyyət göstərən Məhəmməd İsmayıl oğlu İsmayılova məxsus "Alov" dönərxana və Naxçıvan Avtovağzal Kompleksinin ərazisində yerləşən Gülçin Eldar oğlu Əhmədova məxsus dönərxananın fəaliyyəti çatışmazlıqlar aradan qaldırılanadək dayandırılıb.


Sizin reklam burada
Sizin reklam burada