Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Rusiya ilə sərhəddə baş verən son hərbi əməliyyatlarla bağlı açıqlama verib. O, Baş Komandanlıq qərargahının iclasında çıxışı zamanı həm müdafiə xəttindəki vəziyyət, həm də Rusiya ərazisində həyata keçirilən əks-həmlələr barədə məlumat paylaşıb.
Sırski sosial şəbəkə hesabında yayımladığı açıqlamasında bildirib ki, Ukrayna ordusunun müdafiə mövqelərindəki koordinasiyalı və fəal fəaliyyəti nəticəsində düşmənin irəliləməsinin qarşısı alınıb:
“Pokrovsk və Novopavlovsk istiqamətlərində düşmənin müdafiəmizi yararaq Dnepropetrovsk vilayətinin inzibati sərhədlərinə çatmaq cəhdləri uğursuzluğa düçar olub. Kursk və Belqorod vilayətlərində isə mövqelərimizi bərpa etmişik və bu ərazilərdə nəzarəti əlimizdə saxlayırıq.”
Onun sözlərinə görə, bu uğurlar Ukrayna bölmələrinin həm taktiki, həm də strateji baxımdan düzgün qərarlar verməsinin nəticəsidir.