“Rusiya Trampın sözlərinə deyil, hərbi hədəflərinə fokuslanmalıdır” - Medvedyev

“Rusiya Trampın sözlərinə deyil, hərbi hədəflərinə fokuslanmalıdır” - Medvedyev
14:28

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ-ın sabiq prezidenti Donald Trampın Ukrayna ilə bağlı bəyanatlarına münasibət bildirib. O, bu barədə şəxsi Telegram kanalında paylaşım edib.

Medvedyev Trampın mövqeyini qeyri-sabit və dəyişkən adlandıraraq, Rusiyanın bu cür "siyasi yelləncəklərə" əhəmiyyət verməməli olduğunu vurğulayıb:

“Amerikalı siyasətçi yenə də özünəməxsus siyasi yelləncəklə oynayır. Biz isə əvvəlki kimi davranmalıyıq – əsgərlərimizin, Ali Baş Komandanımızın etdiyi kimi. Rusiya xüsusi hərbi əməliyyatın məqsədlərinə çatana qədər yoluna davam etməlidir.”

Medvedyev bildirib ki, əsas hədəf “torpaqları geri almaq və qələbə qazanmaqdır” və bu istiqamətdə heç bir tərəddüdə yol verilməməlidir.


Sizin reklam burada
Sizin reklam burada