Bəzi "iPhone 16" istifadəçiləri sosial şəbəkələrdə və "Reddit" platformasında ekranın yuxarı hissəsində qəfil yaranan kiçik, qara bir ləkədən şikayətlənməyə başlayıblar.
İstifadəçilər bu nöqtənin qəfil ortaya çıxmasının təşvişə səbəb olduğunu bildirirlər. Görünüşcə "Apple" şirkətinin "Dinamik ada" dizaynını xatırlatsa da, bu problem əslində texniki nasazlığın əlaməti kimi görünür.
İstifadəçilərin sözlərinə görə, cihazı yenidən başlatmaq belə bu nöqtənin yox olmasına səbəb olmur. Bu isə problemin proqram təminatından deyil, məhz aparat hissəsindən qaynaqlandığını göstərir. Sosial mediada bu problemə artıq "Black Dot of Death – Qara ölüm nöqtəsi" adı verilib.
"Reddit" istifadəçiləri nə deyir?
Bəzi istifadəçilər problemi belə təsvir ediblər.
"Məndə də eyni problem oldu, iPhone 16 Pro cihazımın ekranını dəyişməli oldum”.
"Küncdə kiçik yarım dairə yarandı. Apple zəmanət çərçivəsində ekranı dəyişdi”.
"OLED panel zərbəyə bağlı zədələnib. Qara nöqtə böyüməyə davam edəcək, nəhayətində ekran dəyişdirilməlidir”.
Problemin həlli varmı?
Əgər cihazınız zəmanət və ya "AppleCare+" proqramı çərçivəsindədirsə, ekranın pulsuz dəyişdirilməsi mümkündür. Zəmanət yoxdursa, ekran dəyişimi əlavə xərc tələb edəcək. Hazırda bu problemi aradan qaldırmaq üçün ekran dəyişimi yeganə həll yolu hesab olunur.
Əsas narahatlıq ondadır ki, bu kiçik qara nöqtə zamanla yerində qalmır və böyüyərək bütün ekranı bürüyə bilir. Bu isə o deməkdir ki, "iPhone 16" ekranı "ölməyə” başlayır. Əvvəlcə bu problemin xarici zərbə nəticəsində baş verdiyi düşünülə bilər, lakin ehtimallara görə bu, cihazın daxili dizaynı ilə bağlı olaraq müəyyən bir komponentin həddindən artıq qızması və ya elektriksel nasazlıq səbəbilə ekranın müəyyən hissəsinin yanması ilə bağlı ola bilər.