İmamoğlundan mesaj: “Sandıq gələcək, çətinliklər bitəcək”

İmamoğlundan mesaj: “Sandıq gələcək, çətinliklər bitəcək”
13:28

Silivri cəzaevində həbsdə olan CHP-nin prezidentliyə namizədi, vəzifəsindən uzaqlaşdırılmış Türkiyə Bələdiyyələr Birliyinin və İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq başqanı Ekrem İmamoğlu gənclərə müraciət edib.

İmamoğlu çıxışında bunları deyib:

“Şikayətlərinizin hamısını qeydə alırıq. Əsla ümidsizliyə düşməyin. Tunelin sonunda işıq görünür. Sandıq gələcək və yaşadığınız bütün çətinliklər sona çatacaq.”

O, həmçinin gələcək Türkiyə ilə bağlı vizyonunu da belə ifadə edib:

“Xəyallarınızdakı Türkiyəni birlikdə quracağıq. Heç kimin haqqını yeməyəcəyik, haqqımızı da heç kimə yedirtməyəcəyik. Ədalətli və bərabər cəmiyyət qurmaq üçün birlikdə çalışacağıq. Ləyaqət yeganə meyar olacaq, müsahibə isə tarixə qarışacaq. Azadlıqlarınıza toxunulmayacaq. Konstitusion hüquqlarınızı istifadə etdiyiniz zaman nə polis basqını olacaq, nə də saxlanılma qorxusu. Etiraz etmək sizin ən təbii haqqınız olacaq. Sizi dinləyən və sözünüzü nəzərə alan bir dövlət olacaq. Hər bir vətəndaşın ləyaqəti, azadlığı və təhlükəsizliyi dövlətin təminatında olacaq. Təhsildə bərabər imkanlar yaradılacaq. Puluna görə ayrı-seçkilik olmayacaq. Heç kim yataqxana tapa bilmədiyi üçün universitetindən ayrı düşməyəcək.


Sizin reklam burada
Sizin reklam burada