Şəxsiyyət vəsiqəsinin qanunvericiliyin tələbi ilə müəyyən olunan yeni standartlarla təyin olunan vəsiqələrin alınması məcburi deyil.
News365.az xəbər verir ki, bu məsələ parlamentin bugünkü iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliyin edilməsi müzakirə edilərdək bildirilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə aydınlıq gətirib. O qeyd edib ki, yeni vəsiqənin əldə olunması qanunda nəzərdə tutulan hallarda baş verəcək.
“Vəsiqənin müddəti, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, vətəndaşın yaşı 15-ə çatdıqda və qanunla nəzərdə tutulan digər hallarda vətəndaşların vəsiqəsi yeni standartlarla nəzərdə tutulan formada veriləcək”,-o deyib.
Qeyd edək ki, aşağıdakı hallarda yeni şəxsiyyət vəsiqəsi alınmalıdır:
-Vəsiqənin müddəti bitdikdə
-Ad, soyad, ata adı dəyişdikdə
-Şəkil köhnəldikdə:
-Vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə:
-Vətəndaşın yaşı 15-ə çatdıqda:
-Vəsiqənin texniki cəhətdən yararsız olması