“Duruşmaların canlı yayımını biz də dəstəkləyirik” - MHP lideri Bahçeli

“Duruşmaların canlı yayımını biz də dəstəkləyirik” - MHP lideri Bahçeli
12:48

MHP sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında çıxış edib. O, CHP sədri Özgür Özəlin “məhkəmə prosesləri TRT-də canlı yayımlansın” təklifinə dəstək verdiyini bildirib.

Baxçalının çıxışından əsas məqamlar belədir:

“CHP sədrinin məhkəmə proseslərinin canlı yayımlanması təklifi oldu. O zaman biz də deyirik ki, ağ qoyunla qara qoyun ortaya çıxsın deyə, lazım olan nədirsə edilsin.

Bizi izləyən bütün vətəndaşlarımızı ürəkdən salamlayıram. Heç vaxt qırılmadan, geri çəkilmədən, əyilmədən, xırda həyəcanlara qapılmadan mübarizəmizi davam etdirmişik. Lazım olanda canımızdan keçmişik, amma nə ideallarımızdan, nə ölkəmizdən, nə də prinsiplərimizdən geri addım atmamışıq. Bizim üçün hər şeydən öncə Türkiyə dayanır.”



Sizin reklam burada
Sizin reklam burada