Şuşaya çəkilən yeni yol bu nominasiyada QALİB OLDU - FOTO

Şuşaya çəkilən yeni yol bu nominasiyada QALİB OLDU - FOTO
10:40

"Əhmədbəyli - Füzuli - Şuşa” avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası tərəfindən innovativ inşaat metodologiyası nominasiyası üzrə qalib elan edilib. İşğaldan azad edilən ərazilərdə yol infrastrukturu yüksək keyfiyyətlə və müasir tələblərə cavab verən səviyyədə inşa edilir. Yol inşası zamanı yolboyu dəmir – beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yoluda bunlardan biridir".
Bu sözləri "Prezidentin izi ilə" ənənəvi media turda iştirak edən jurnalistlərə açıqlamasında AAYDA - nın layihələr üzrə mühəndisi Əyyub Hüseynov bildirib.

O, həmçinin bildirib ki, yeni istifadəyə verilən yol "Zəfər yolu"na alternativ yoldur:

"Yeni yol həm də “Zəfər yolu”na nisbətən qısa yoldur. Belə ki, “Zəfər yolu”nun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb.

Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. İnşaat işləri zamanı yolboyu dəmir – beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul – Horadiz – Ağbənd – Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir."
 

Qeyd edək ki, bu yol dövlət rəhbəri İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunub.


Layihənin icrası daxili yol şəbəkəsinin şaxələndirilməsi, bölgə ilə respublikanın digər rayonlarının nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Yeni yol, eyni zamanda, bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa da böyük töhfə verəcək.





Sizin reklam burada
Sizin reklam burada